ABŞ prezidenti Donald Tramp və
Rusiya prezidenti Vladimir Putin cümə axşamı təxminən bir saat davam edən telefon danışığı aparıblar. Trampın ikinci dövründə baş tutan bu altıncı görüşdə
Vladimir Putin,
Ukrayna müharibəsinin necə irəliləyəcəyi ilə bağlı mövqeyini açıq şəkildə bildirdi.
ABŞ mətbuatının yazdığına görə,
Vladimir Putin Rusiyanın "
Ukraynadakı münaqişəyə səbəb olan əsas amilləri aradan qaldırmaq məqsədinə çatacağını" və "hədəflərindən geri çəkilməyəcəyini" açıq şəkildə bəyan etdi.
Amerikanın quruluşunda Rusiyanın payı var
Britaniyanın “Telegraph” qəzetinin yazdığına görə isə, Amerikanın 4 iyul Müstəqillik Günü qeyd etmələrindən bir gün əvvəl baş tutan görüşdə,
Rusiya prezidenti Vladimir Putinin Trampı milli bayram münasibətilə təbrik etdiyi bildirilir.
Bundan sonra
Vladimir Putin Rusiyanın Birləşmiş Ştatların yaranmasında rol oynadığını iddia etdi.
TASS: “Əhəmiyyətli rol oynamışıq” dedi
Rusiya dövlət xəbər agentliyi TASS-ın məlumatına görə, Rusiya Prezident Administrasiyasının müşaviri Yuri Uşakov görüş zamanı bunları deyib:
* “Bizim tərəfimizdən Rusiyanın Amerika dövlət quruluşunun formalaşmasında mühüm rol oynadığı vurğulandı, xüsusilə 250 il əvvəlki Müstəqillik müharibəsi dövründə və 160 il əvvəl bitən Vətəndaş müharibəsi zamanı”.
Uşakov həmçinin bildirib ki, iki ölkə arasındakı münasibətlər yalnız I və II Dünya müharibələrindəki
ittifaqla məhdudlaşmır, daha dərin tarixi köklərə söykənir.
ABŞ prezidenti Donald Trampın bu iddiaya necə cavab verdiyi və ya
Vladimir Putinin dəqiq nəyə istinad etdiyi hələlik bəlli deyil. Lakin bəzi tarixçilər, məsələn, Paul Berinqer, ABŞ və Rusiya arasında tarixi “uzaq dostluq” mövzusunda yazılar qələmə almışdı.
Berinqerə görə:
19-cu əsrdə ABŞ qitə boyunca genişlənərkən və Rusiya Alyaskada koloniyalar qurarkən, ABŞ Krım müharibəsində bitərəf qaldı. Amerika ictimaiyyətində Rusiyaya böyük rəğbət var idi. Rusiya ABŞ Vətəndaş müharibəsi zamanı Şimal Birliyini dəstəklədi və 1867-ci ildə Alyaskanı ABŞ-a 7,2 milyon dollara satdı.
Danışıqların məqsədi nə idi? Nə baş verdi?
ABŞ mətbuatının məlumatına görə, danışıqların əsas məqsədi Rusiyanın
Ukraynaya qarşı davam edən işğalı ilə bağlı inkişafları müzakirə etmək idi. Müharibə 2022-ci ildə başlamışdı və artıq üç ili geridə qoyub.
Uşakovun sözlərinə görə,
Vladimir Putin danışıqlar zamanı bu ifadələri işlədib: “Prezidentimiz Rusiyanın qoyduğu hədəflərə çatacağını bildirdi: yəni mövcud vəziyyətə səbəb olan məlum kök səbəblərin aradan qaldırılması. Bu hədəflərdən geri çəkilməyəcək”.
Tramp alçaldıldı
Britaniyanın “Express” qəzeti isə “Putindən
Ukrayna müharibəsi xəbərdarlığı, Tramp alçaldıldı” başlığını ataraq,
Vladimir Putinin
Ukrayna müharibəsi ilə bağlı “hədəflərindən geri çəkilmək niyyətində olmadığını” söylədiyinə diqqət çəkib.
İki lider cümə axşamı təxminən bir saat davam edən telefon danışığı keçirib. Görüşdə
Vladimir Putin Ukrayna müharibəsinin necə davam edəcəyi ilə bağlı mövqeyini açıq şəkildə bildirdi.
24 saat