Trampdan mübahisəli qərar: Fəlakət fondları İsrail boykotu şərtinə bağlandı

Cümə günü ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) əyalət fondlarına İsraillə bağlı daha sərt qaydalar tətbiq edən yenilənmiş sərəncam yayımladı. Bu yeni tələblərə əsasən, fəlakət fonlarından pay almaq istəyən əyalət hökumətləri üçün kritik bir şərt irəli sürüldü: Yaxın Şərq ölkəsinə qarşı hər hansı boykot tətbiq edən qurumlar 1,9 milyard dollarlıq vəsaitin kəsilməsi təhlükəsi ilə üzləşəcəklər.
Bu tənzimləməyə görə, dövlət maliyyə vəsaiti tələb edən əyalətlərdən, xüsusən də İsrail şirkətləri və ya bu ölkə ilə işgüzar əlaqələrə malik firmalarla ticarət əlaqələrinin kəsilməsini və ya məhdudlaşdırılmasını dəstəkləməmələri tələb olunur. Əgər bir əyalətin adıçəkilən ölkəyə və ya onun firmalarına qarşı boykot tətbiq etdiyi müəyyən olunarsa, yeni qaydalara uyğun olaraq müəyyən edilmiş fondları kəsiləcək.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz