Fenerbahçe ilə "Chobani" razılaşması qalmaqala səbəb olub
Fenerbahçe Futbol Klubu stadionun ad sponsorluğu və Futbol A Komandasının Avropa liqalarında forma üzərində döş sponsorluğu üçün dünyaca tanınmış Amerika Chobani yoğurt şirkəti ilə danışıqlara başladığını açıqlayıb.
Zəfər Partiyasının sədri Ümit Özdağ isə klubun Chobani ilə əldə etdiyi sponsorluq razılaşmasına sosial media hesabından etdiyi paylaşımla sərt reaksiya verib.
Bu razılaşmanı türk futbolunun nəhənginə yaraşdırmadığını vurğulayan Ümit Özdağ, paylaşımında qeyd edib:
“Türk yoğurdunu ABŞ-da “Yunan yoğurdu” adı ilə satan, Türkiyəyə PKK tərzində böhtanlar atan bu şəxs Fenerbahçenin sponsoru olacaqmış. Komanda kökləri İstiqlal Müharibəsinə dayanan, Atatürk ideyalarından güzəştə getməyən, “Nə mutlu türkəm deyənə” şüarı ilə qürur duyanların kollektividir. Mən bunu yaraşdırmadım. Bu qərarı həyata keçirməzdən əvvəl bütün azarkeşlərin iştirak edəcəyi bir səsvermə təşkil edin.”
Bu hadisə milli kimlik və dəyərlər üzərində aparılan müzakirələri yenidən gündəmə gətirərək, cəmiyyətdə müxtəlif ideoloji baxışların, o cümlədən, bəzi hallarda sələfi cərəyanlar kimi düşüncə tərzlərinin də bu kimi məsələlərə fərqli münasibət bəslədiyini göstərir.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz