Dünya 15.08.2025

Yeni Trend: Yorğun Qız Makiyajı Dəbdədir

Yeni Trend: Yorğun Qız Makiyajı Dəbdədir
Göz altı morluqlarını öne çıxaran Yorğun qız makiyajı trendi sosial mediada geniş yayılmaqdadır. Dağılmış layner, bulaşmış tuş, qırmızı dodaq boyasının göz ətrafına yayılması və dəri qüsurlarının qorunması mükəmməl gözəllik anlayışını alt-üst edir. Aktrisa Jenna Orteqanın “Wednesday Addams” obrazı ilə populyarlaşan bu cərəyan TikTokda böyük axına çevrilib. Bəziləri qranj estetikasının müasir əksi kimi dəyərləndirdiyi bu axımı, digərləri ölü üzünə bənzədir. Makiyaj rəssamı Kim Braun bu tendensiyanın real olduğunu vurğulayaraq bildirib: “Yorğun qız makiyajı bir xarakter göstəricisidir. Göz altı morluqları, dağılmış kölgə insanın hekayəsini əks etdirir. Bu, cilalanmış gözəllikdən uzaq, sərt, lakin cazibədar bir imicdir. 90-cı illərdə müğənni Kortni Lovun dağınıq layneri və səliqəsiz saçları necə bir subkulturanın simvolu idisə, bu makiyaj da günümüzün sürətli ritmini təmsil edir.”

Mövcud Anlayışa Qarşı Duruş

Psixoloq Alanur Özalp: “Yorğun qız makiyajı sadəcə estetik bir seçim deyil, eyni zamanda fərdin ‘fərqli baxış bucağım var’ mesajıdır. Bu üslub ənənəvi gözəllik anlayışına qarşı şüurlu bir mövqe sərgiləyərkən, cəmiyyətdə fərqlənmə və orijinallıq ehtiyacını qarşılayır. Dəb bir müddət sonra başqa bir formaya çevrilir, xüsusilə də gənclərin yeni axtarışlar və özlərini sübut etmə istəyindən qidalanır. İnsanların özlərini bu şəkildə ifadə etmə arzusu, ‘mən fərqliyəm, cəsarətim var’ qəbulu ilə birləşərək bəyənmə qazanma istəyinə çevrilə bilər. Yeni trendlər çox vaxt bəyənmə naminə yaranır. İnsanlar sosial mediada bir rəqabətə girə bilərlər. Yorğunluq estetikası zamanla fərqlilik vurğusunu itirə və yeni bir qavrayışa çevrilmə potensialına malikdir.”

Keçici Bir Üslubdur

Peşəkar Makiyaj Rəssamı Pınar Aktaş: “Bu trend influenserlərin diqqət çəkmək üçün yaratdığı bir axımdır. Makiyaj rəssamlarının tətbiq etdiyi və təsdiqlədiyi bir növ deyil. Bu cür trendlər peşəkar makiyaj kateqoriyasına girməsə də, bəzən önə çıxa bilir və qısa müddətdə populyarlığını itirir. Tələb kimi deyil, daha çox fikir olaraq gündəmə gəlir, çünki peşəkarlıq tələb etməyən, asanlıqla tətbiq oluna bilən, keçici bir makiyaj üslubudur.”

“Ölü Bədən” Görüntüsü Yaratır

Gözəllik mütəxəssisi və makiyaj rəssamı Murat Akyol: “Yorğun qız makiyajı zombi makiyajına bənzəyir və qorxuducu ola bilər. Azərbaycanda bu cür makiyaj hər kəs tərəfindən müsbət qarşılanmaz. Bununla belə, göz altı morluqları olan bir çox insan bu trendi fürsətə çevirə bilər. Lakin bu makiyaj ‘ölü bədən’ görüntüsü yaratdığı üçün cəmiyyətin əksəriyyəti tərəfindən qəbul edilməyəcəkdir. Göz altı morluqlarına qarşı istehsal olunan bir çox kremin satışı da azala bilər. Şəbnəm Fərah və Özlem Tekin kimi sənətçilərin seçdiyi bənövşəyi dodaqlar və göz ətrafına yayılmış kimi görünən qara makiyaj indi dəbə minib. Kişi sənətçilər arasında isə Hayko Cepkin bu makiyaj üslubuna üstünlük verir.”

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz