Yüsra Geyik və Sevgi İddiaları
Cəsarətli səhnələri və sosial media paylaşımları ilə tez-tez adından söz etdirən aktrisa Yüsra Geyik hazırda şəxsi həyatı ilə gündəmdədir. Aktrisa, ötən günlərdə həmkarı Ozan Dolunay ilə bir məkanın arxa qapısından çıxarkən görüntülənmişdi. Bu görüntülər sonrası haqqında yayılan sevgi iddialarını o, qatıldığı "Aslı Şafakla İşin Əsli" proqramında qəti şəkildə təkzib edib.
"Yaxalanmağımıza Çox Güldük"
Aktrisa verdiyi açıqlamada Ozan Dolunay ilə eyni menecerlik şirkəti ilə işlədiklərini bildirib: "Ozanla eyni menecerlə işləyirik, buna görə də tədbirlərdə tez-tez yanaşı oluruq. Həmin gün yanımızda menecerlikdən başqa bir dostumuz da vardı, çıxmaq istədik. Qapıdakı əməkdaş 'Ön qapıda çox jurnalist var, arxa qapıdan çıxa bilərsiniz' dedi. Mən də içəri girərkən müsahibə verdiyim üçün yenidən vermək istəmədim, buna görə də arxa qapıdan çıxdım. Məlum oldu ki, arxa qapı birbaşa küçəyə açılırmış, bunu bilmirdik. Vəziyyəti köhnə şou-biznes sensasiyalarına bənzətdik və hamımız birlikdə çox güldük. Ozan mənim çox sevdiyim, həm istedadlı, həm də çox mehriban bir dostumdur. Bu hadisə ikimiz üçün də kiçik, xoş bir xatirə olaraq qaldı."