Avropada son həftələrdə ard-arda baş verən sirli
dron insidentləri qitədə həyəcan siqnalı çalınmasına səbəb olub. Litvada partlayıcı yüklü pilotsuz uçuş aparatının aşkar edilməsi, Danimarka və Norveçdə hava məkanlarının müvəqqəti bağlanması, Almaniyada Münhen Hava Limanının iki dəfə bağlanması və ABŞ-da oxşar halların müşahidə olunması "
hibrid təhlükə" narahatlıqlarını yenidən gündəmə gətirib.
Münhen Hava Limanında Həyəcan Təbili
Almaniyadakı son hadisə Avropa miqyasında qeyri-müəyyənliyin fitilini alovlandırıb. Münhen Hava Limanı cümə axşamı gecəsi naməlum dronların müşahidə edilməsi səbəbindən tam 7 saat ərzində fəaliyyətini dayandırıb. Cümə səhəri yenidən açılan hava limanı, axşam saatlarında ikinci dalğa dron müşahidələrinə görə təkrar uçuşlara bağlanıb.
Axşam saatlarında başlayan məhdudiyyət qısa müddətdə tam bağlanmaya çevrilib. Təxminən 6 min 500 sərnişin hava limanında məcburən qalmalı olub, uçuşlar isə Ştutqart, Nürnberq, Vyana və Frankfurta yönləndirilib.
Alman Hava Hərəkətinə Nəzarət Mərkəzi (DFS) "təsdiqlənməmiş dron müşahidələri" barədə xəbərdarlıq etdiklərini və sərnişin təhlükəsizliyini qorumaq məqsədilə bütün əməliyyatların dayandırıldığını açıqlayıb.
Avropada Dron İnsidentləri Artır
Münhendəki bu son hadisə sentyabr ayı boyunca Avropada ard-arda yaşanan oxşar
dron insidentləri silsiləsinin bir hissəsi idi.
NATO ölkələri arasında "koordinasiyalı hibrid hücum" ehtimalı müzakirə olunur.
Son zamanlarda baş verən dron müdaxilələri:
Polşa: Sentyabrın 9-da 19 Rusiya pilotsuz uçuş aparatının ölkə ərazisinə daxil olduğu, bunlardan dördünün vurulduğu bildirildi. Bu hadisə Ukrayna müharibəsinin əvvəlindən bəri Polşaya qarşı ilk birbaşa dron hücumu kimi qeydə alındı.
Rumıniya: Sentyabrın 8 və 13-də Ukrayna sərhədində Rusiya istehsalı "Geran" tipli kamikadze dronlar aşkar edildi; F-16 təyyarələri havaya qalxdı.
Danimarka: Kopenhagen, Aalborq və Billund başda olmaqla bir çox hava limanında dron müşahidələri səbəbindən uçuşlar dayandırıldı.
Litva: İyulun 28-də Rusiyadan gələn bir dron hərbi təlim sahəsində partlayıcı yüklü halda tapıldı.
Latviya: Belarus sərhədindən gələn bir dron ölkənin şərqində düşdü.
Norveç: Sentyabrın 23-də Oslo Hava Limanı ətrafında dron görünməsi səbəbindən hava məkanı üç saat bağlandı.
Fransa: Sentyabrın 22-si gecəsi Mourmelon-le-Grand hərbi bazası üzərində naməlum dronlar aşkar edildi.
Almaniya: İlin ilk doqquz ayında hava limanları ətrafında 144
dron insidentləri qeydə alındı.
Pentaqon da Hibrid Təhlükə Qarşısında
Oxşar hadisələr ABŞ-da da yaşanır. Pentaqon ötən il Virciniya ştatındakı Lenqli Hərbi Hava Bazası üzərində 17 gün ərzində uçan naməlum dron sürüsünü hələ də müəyyən edə bilməyib. Rəsmilər bu aparatların "otbiçən səsi çıaran", yüksək sürətli və nizamlı şəkildə hərəkət edən bir "dron filosu" olduğunu açıqlayıblar.
24 saat
Oxucu Şərhləri
Mən də bu cür hadisələrin artmasının arxasında hansı məqsədlərin ola biləcəyi barədə fikirləşirəm. Hər hansı bir ölkənin infrastrukturuna qarşı bu cür "hibrid hücumlar"ın planlı bir strategiyanın parçası olub-olmadığı maraqlıdır. Sizin bu mövzu haqqında əlavə fikirləriniz varmı?
Şərh Yaz