İdman 03.10.2025

Berke Özer eyni mövqedə üç penalti dəf etdi

Berke Özer eyni mövqedə üç penalti dəf etdi
UEFA Avropa Liqasında sensasiya: Berke Özer qəhrəmanlığı

UEFA Avropa Liqasının ikinci həftəsində "Lill" səfərdə "Roma"nı hesabı ilə minimal hesabla məğlub etməyi bacarıb.

Bu qələbədə əsas pay sahibi, inanılmaz performans göstərən Berke Özer olub. Onun möhtəşəm oyunu komandasının qələbəsini təmin edib.

"Lill" oyunun 6-cı dəqiqəsində Haraldssonun qolu ilə hesabda önə keçib və ilk hissəni bu üstünlüklə başa vurub.

80-ci dəqiqədə təyin olunan penalti və yaşananlar...

İkinci hissədə oyunu dəyişmək üçün fürsət tapa bilməyən "Roma", 80-ci dəqiqədə penalti qazanıb. VAR (Video Köməkçi Hakim) sisteminin müdaxiləsindən sonra təyin olunan penaltini Dovbik yerinə yetirib, lakin Berke Özer əla qurtarışla topu zərərsizləşdirib.

Lakin VAR hakimi xəbərdar edərək Berkenin ayağının xəttdə olmadığını bildirib və zərbənin təkrarlanmasını tələb edib. Dovbik təkrar penaltini yenə də eyni küncə vurub, ancaq Berke Özer bu dəfə də topu dəf edib.

Hakim Berkenin yenə qayda pozduğunu əsas gətirərək penaltini ikinci dəfə təkrarladıb. Bu dəfə topa Soule yaxınlaşıb. Onun zərbəsini dəqiq təxmin edən Berke Özer üçüncü dəfə penaltini qurtararaq topun qapıdan keçməsinə imkan verməyib.

Berkenin əzmkarlığı sayəsində "Lill" oyunu 1-0 hesabı ilə başa vuraraq "Roma" səfərindən qələbə ilə ayrılıb.

Avropa Liqasında ikinci oyununu da qazanan "Lill" yoluna 6 xalla davam edir.

Berke Özer oyundan sonra verdiyi açıqlamada sevgilisinə söz verdiyi üçün qol buraxmadığını bildirib.

Milli qolkiper bunları qeyd edib: "Çox xoşbəxtəm, heç kim eyni axşam üç penalti zərbəsini qurtaracağımı təxmin edə bilməzdi. Bu, mənim üçün qürur mənbəyidir, amma ən çox üç xalı aldığımız üçün sevinirəm, ən əsası budur. Komanda mübarizə apardı, əlindən gələni etdi və bu cür komandalarla oynanan bu cür matçları böyük ruhla qazanırsınız, buna görə də onlarla fəxr edirəm".

Sevgilisinə verdiyi sözü yerinə yetirdiyini deyən Özer, "Xəyal kimi bir şeydir. Əvvəlcə penaltiləri qurtara biləcəyimi bilirdim, amma son ikisi qəribə idi. Oyundan əvvəl sevgilimə qol buraxmayacağıma söz verdim. Belə olacağını düşünməmişdim" deyə əlavə edib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz