Burak Özçivitin Serialdan Ayrılıq İddiaları
ATV kanalında yayımlanan və böyük maraqla izlənilən Kuruluş Osman serialının baş rol ifaçısı Burak Özçivitin hər seriya üçün 4 milyon türk lirəsi əmək haqqı tələb etdiyi, bu şərtlər daxilində istehsalçı şirkətlə razılıq əldə edilməzsə, layihədən ayrılacağı barədə iddialar gündəmə gəlmişdi. Yayılan bu xəbərlərin ardınca məşhur aktyor sosial media hesabında sözügedən iddialara işarə edən bir vida mesajı paylaşıb.
Aktyordan İmalı Vidalaşma Mesajı
Ayrılıq iddiaları ilə bağlı serialın istehsalçı tərəfi hələ ki heç bir rəsmi açıqlama verməyib. Lakin Özçivit öz şəxsi sosial media hesabında geniş bir paylaşım edib.
Altı mövsümdür ki, Kuruluş Osman serialında Osman Bəy obrazına uğurla həyat verən aktyor "Qavrayış yaratmağa çalışanlara vidalaşmaq istəyirəm" başlığı ilə bir yazı dərc edib. O, mesajında bunları qeyd edib: "Vidalaşmaq böyük bir fəzilətdir. Altı illik həvəsin və əməyin üzərinə qavrayış yaratmağa çalışanlara tamaşaçımıza təşəkkür edərək vidalaşmaq istəyirəm. Yeni hekayələrdə görüşmək ümidi ilə." Bu paylaşım, aktyorun serialdakı gələcəyi ilə bağlı sualları daha da artırmışdır.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz