Gündəm 13.07.2025

Əhali 450 milyonu keçdi: 65 ildə 100 milyon artım

Əhali 450 milyonu keçdi: 65 ildə 100 milyon artım
Avropa İttifaqı ölkələrində 2012-ci ildən bəri hər il doğuşlardan daha çox ölüm qeydə alınır. Bu, əhali artımının əsas hərəkətverici qüvvəsinin net miqrasiya olduğunu göstərir.

2024-CÜ İLDƏ 2 MİLYONUN ÜSTÜNDƏ MİQRASİYA QƏBUL EDİLDİ

2024-cü ildə Aİ 2,3 milyon net miqrasiya qəbul edib. Bu hərəkətlilik nəticəsində əhaliyə 1,07 milyon yeni insan əlavə olunub ki, bu da 1,3 milyonluq təbii əhali azalmasını kompensasiya edib.

Məlumatlara əsasən, ötən il 4,82 milyon insan həyatını itirib, doğuş sayı isə 3,56 milyon olub. Bu fərq qitənin yaşlanan əhali və aşağı doğuş nisbətləri səbəbindən üzləşdiyi uzunmüddətli demoqrafik böhranları əks etdirir.

MİQRASİYA ƏHALİ ARTIMININ MƏNBƏYİ

Eurostat bildirib ki, bu əhali artımı xüsusilə COVID-19 pandemiyasından sonrakı dövrdə artan miqrasiya ilə əlaqəlidir. Miqrasiya yalnız rəqəmlərə deyil, həm də Aİ ölkələrinin rifah sistemlərinə və işçi qüvvəsinin strukturuna təsir edən mühüm amilə çevrilib.

Əhali sayına görə liderliyi əlində saxlayan üç ölkə dəyişməyib: Fransa, Almaniya və İtaliya Aİ-də yaşayan insanların 47 faizini təşkil edərək ümumi əhalinin demək olar ki, yarısını təmsil edir.

65 İLDƏ ƏHALİ 100 MİLYON ARTI

2024-cü ildə 27 Aİ ölkəsindən 19-da əhali artımı müşahidə edilsə də, 8 ölkədə azalma qeydə alınıb. Ən diqqətçəkən azalma Latviyada (-%9,9), ardınca Macarıstanda (-%4,7) və Polşa ilə Estoniyada (-%3,4) yaşanıb.

Avropa İttifaqının əhalisi 1960-cı ildə 354,5 milyon nəfər idi. Həmin tarixdən bəri baş verən bu artımın son dövrlərdə yalnız miqrasiya yolu ilə davam etdirilməsi, qitənin demoqrafik davamlılığı baxımından ciddi siqnallar verir.

24 saat