Şou 01.07.2025

Hande Erçel səs-küyə səbəb olan öpüşməyə dair sükutunu pozdu

Hande Erçel səs-küyə səbəb olan öpüşməyə dair sükutunu pozdu

Məşhur Cütlükdə Gərginlik: Hande Erçel'in Karyerası Münasibətlərə Kölgə Salır

İki ildir birlikdə olan Hande Erçel və Hakan Sabancı cütlüyü barədə yayılan ayrılıq xəbərləri hər dəfə tərəflərin birgə pozaları və ya səyahətləri ilə təkzib edilib. Lakin son dövrlər Hande Erçelin aktyorluq karyerası onların münasibətlərinə kölgə salmağa başlayıb.

Mübahisəli Ekran Səhnələri

Barış Arduçla baş rolları paylaşdığı “Rüzgara Bırak” filmi sonrası aktrisa yenidən “Aşkı Hatırla” adlı serial üçün kamera qarşısına keçib. Serial yayımlanan kimi Barış Arduçla olan öpüşmə və sevişmə səhnələri sosial mediada geniş müzakirələrə səbəb olub.

Sabancı Ailəsindən Xəbərdarlıq

İddiaya görə, bu səhnələr Sabancı Ailəsini narahat edib və Hakan Sabancıya bu barədə xəbərdarlıq edilib. Hakanın anası Arzu Sabancının həmin kadrların sosial mediada geniş yayılmasından və gündəmdən düşməməsindən narahatlığını ifadə etdiyi bildirilir.

Hande Erçeldən Açıqlama

Böyük əks-səda doğuran bu səhnələrlə bağlı Hande Erçel susqunluğunu pozaraq belə bir açıqlama verib: "Bu, sadəcə bir işdir. Əslində danışılması lazım olanlar bunlar deyil. Biz bütün dünyaya ölkəmizi tanıtdırırıq. Bir layihə beynəlxalq miqyasda müzakirə olunarkən, niyə bu kimi mövzuları müzakirə edirik? Əgər tənqidlərə görə üzülsəydik, bu günə qədər gəlib çatmazdıq."

24 saat