Fənərbaxça klubu yeni mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir. Klub rəhbərliyi bu məsələni müzakirə edərkən dörd əsas namizəd üzərində dayanmışdı.
## Spalettinin qərarıXarici namizədlər arasında ilk sırada Luçiano Spaletti yer alırdı. Lakin təcrübəli italiyalı mütəxəssis bu təkliflə bağlı düşünmək üçün vaxt istəmişdi.
## Spalettidən imtinaSon məlumatlara görə, Luçiano Spaletti ailəsi ilə daha çox vaxt keçirmək istədiyini və hazırda heç bir komanda çalışdırmaq niyyətində olmadığını Fənərbaxça rəhbərliyinə bildirib. İtaliyalı məşqçi bu qərarının yalnız Fənərbaxça ilə əlaqəli olmadığını, sadəcə dincəlmək istədiyini vurğulayıb.
## Alternativ variantlarFənərbaxça rəhbərliyi italiyalı məşqçinin qərarını dəyişdirə bilməsə, o zaman Tedesko, Terziç və İsmayıl Kartal arasında seçim etməyi planlaşdırır.
Oxucu Şərhləri
Şərh Yaz