YALNIZLIĞA SON QOYAN YENİ EŞQ MACƏRASI
"Yalı Çapkını" serialında ulduzu parlayan Mert Ramazan Demir, vaxtilə rol yoldaşı Afra Saraçoğlu ilə qısa müddətli bir eşq macərası yaşamışdı. Onların münasibəti media gündəmində geniş müzakirələrə səbəb olmuşdu. Uzun müddət ürəyinin qapılarını qapalı saxlayan gənc aktyor, indi yeni bir münasibətə başlayıb.
YENİ SEVGİLİSİ İLƏ BAŞ-BAŞA TƏTİL
Akyaka çimərliyində yeni sevgilisi ilə səmimi şəkildə görüntülənən Demir, gün boyu çimərlikdə xoş anlar keçirib. Cütlüyün təkbətək istirahəti sosial mediada böyük marağa səbəb olub.
AFRA SARAÇOĞLUYA BƏNZƏRLİYİ DİQQƏT ÇƏKİB
Məşhur aktyorun yeni sevgilisinin keçmiş rol yoldaşı Afra Saraçoğluna olan heyrətamiz bənzərliyi isə diqqətdən kənarda qalmayıb.