Son olaraq "Sandık Kokusu" serialında rol alan və tərəf müqabili Pamir Pekinlə qısa müddətli münasibət yaşayan Nesrin Cavadzadə, hazırda sosial media paylaşımları ilə diqqət mərkəzindədir. Bodrumda tətil keçirən gözəl aktrisa bu dəfə öz gözəllik sirrini izləyiciləri ilə bölüşüb.
GÖZƏLLİK SIRRI SƏHƏR RUTİNİNDƏ GİZLƏNİR
'Al Yazmalım', 'Küçük Ağa', 'Bizim Hikaye', 'Aşk Tesadüfleri Sever 2', 'Yasak Elma' və 'Sandık Kokusu' kimi bir çox layihədə tamaşaçı qarşısına çıxan Nesrin Cavadzadə maqazin gündəmindən düşməyən adlar arasındadır. Tanınmış aktrisa səhər rutinini paylaşaraq sirrini açıqlayıb.
Cavadzadə sosial şəbəkələrdə bu sirri də izləyiciləri ilə bölüşüb. Səhərlər oyanan kimi üzünü buzlu suya saldığını bildirən aktrisa buzla dolu qabı paylaşaraq “Səhərlər belədir” qeydini əlavə edib.
ÇƏKİLİŞ MEYDANÇASINDA BAŞLAYAN MÜNASİBƏT QISA SÜRDÜ
“Sandık Kokusu” serialının finalına günlər qalmış, çəkiliş meydançasında eşq söz-söhbətləri yayılmış və serial bitdikdən sonra Nesrin Cavadzadə ilə Pamir Pekin münasibətlərini açıqlamışdılar. Lakin məşhur cütlük iki aylıq birlikdəlikdən sonra ötən günlərdə ayrılıb.