Əfv Komissiyası 2025-ci il üzrə son iclası keçirdi

Əfv Komissiyası son iclasda 800 müraciətə baxdı

Komissiya 800-dən çox müraciətə baxdı

Əfv Məsələləri Komissiyası bu ilki fəaliyyətinə yekun vurub. Azərbaycan Prezidenti yanında fəaliyyət göstərən komissiyanın son iclası keçirilib və orada 100-dən artıq yeni müraciət müzakirə olunub.

Bu barədə Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, "bu il ərzində ümumilikdə 7 iclas keçirilib və nəticə etibarilə 800-dən çox müraciətə baxılıb".

Nuriyev bildirib ki, komissiya 3 ay ərzində fasiləsiz şəkildə fəaliyyət göstərib və təkcə iclaslar zamanı deyil, aralıq dövrlərdə də müraciətlərin təhlili aparılıb. Hazırlanmış rəylər Prezidentə təqdim olunacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclasları Azərbaycan Prezidentinin əfv sərəncamı verməsi üçün əsas hüquqi və ictimai mexanizmdir. Komissiya vətəndaşlardan daxil olan əfv müraciətlərinə baxır, onların hüquqi vəziyyətini araşdırır və müvafiq rəy tərtib edir.

💬 Şərh yazın