"Rheinmetall" və "Lockheed Martin" Avropada raket istehsalına başlayır

Rheinmetall raket istehsal edəcək

Almaniyanın müdafiə sənayesi nəhəngi "Rheinmetall" ilə Amerikanın "Lockheed Martin" şirkəti Avropada ATACMS, GMLRS, Hellfire, JAGMPAC-3 raketlərinin istehsalı üzrə birgə müəssisə qurur.

Məqsəd ABŞ-dan asılılığı azaltmaq və Avropa üçün raket və mərmi təchizatını sürətləndirməkdir. Yeni müəssisədə, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri üçün silahlar da istehsal olunacaq.

Avropanın raket istehsalında müstəqillik addımı

"Rheinmetall"-ın baş direktoru Armin Papperger bildirib ki, ABŞ-ın istehsal gücü Avropanın artan ehtiyacını qarşılamır: “Bəzən Amerikadan raket almaq üçün 10 il gözləmək lazım gəlir, bu isə qəbuledilməzdir”, – deyə o vurğulayıb.

Şirkət birgə müəssisənin 60%-nə nəzarət etməyi planlaşdırır və burada ildə 10 min raket istehsalı nəzərdə tutulur. İstehsala 2026-2027-ci illərdə başlanması gözlənilir.

Xüsusilə Ukrayna və digər Avropa ölkələrinin uzaqmənzilli raketlərə olan ehtiyacının ödənilməsi prioritet sayılır.

Hazırda Lockheed MartinRheinmetall layihənin reallaşması üçün ABŞ və Almaniya hökumətlərindən təsdiq gözləyir.

💬 Şərh yazın