ABŞ-ın Kaliforniya ştatının Palm-Springs şəhərində bu gün baş vermiş partlayış nəticəsində 1 nəfər həlak olub, azı 5 nəfər yaralanıb.
Az24saat.org "Musavat.com"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları rəsmi məlumat yayıb.
Şəhər administrasiyası açıqlamasında bildirib:
“Bu gün saat 11:00 radələrində (Bakı vaxtı ilə 22:00) partlayış baş verib. Polis və yanğınsöndürənlər hadisə yerindədir. Əhalini əraziyə yaxınlaşmamağa və təcili xidmətlərin işinə mane olmamağa çağırırıq”.
Partlayışın səbəbi araşdırılır
"NBC News"un məlumatına görə, partlayış tibbi mərkəzin yaxınlığında baş verib. İlkin ehtimallara görə, hadisəyə avtomobil partlayışı səbəb olub. Həlak olan şəxsin kimliyi hələlik müəyyən edilməyib.
Yerli hakimiyyət hadisənin terror aktı ola biləcəyini istisna etmir və bütün ehtimallar araşdırılır. Polis hadisə ilə bağlı istintaqa başlayıb.
💬 Şərh yazın