Sahibə Qafarova Vatikan səfərində – Andiçmə mərasimində iştirak etdi

Sahibə Qafarova

Sahibə Qafarova Vatikan səfərində – Andiçmə mərasimində iştirak etdi

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova başçılıq etdiyi parlament nümayəndə heyəti ilə birlikdə Vatikanda səfərdədir.

Az24saat.org "Elchi.az"a istinadla xəbər verir ki, səfərin məqsədi Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etməkdir.

Roma şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Vatikan rəsmiləri, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov və İtaliyadakı səfiri Rəşad Aslanov qarşılayıblar.

Ali səviyyəli təmsilçilik

Səfər çərçivəsində Sahibə Qafarovanın Vatikan rəhbərliyi ilə görüşləri və müxtəlif diplomatik tədbirlərdə iştirakı planlaşdırılır. Bu səfər Azərbaycanla Vatikan arasında diplomatik əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

💬 Şərh yazın