Zəngəzur dəhlizi layihəsi yaxın illərdə reallaşacaq və bu layihə Türkiyə ilə Türk dünyası arasında mühüm bir körpü rolunu oynayacaq.
Az24saat.org xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu açıqlama verib.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də Türkiyə bu layihənin həyata keçirilməsi üçün birgə addımlar atır:
Layihə üçün 3-4 illik plan
“Zəngəzur dəhlizi layihəsini 3-4 il ərzində gerçəkləşdirməyi hədəfləyirik. Bu müddət ərzində bütün texniki və logistika məsələlərinin həlli istiqamətində addımlar atılacaq”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Zəngəzur dəhlizi təkcə iqtisadi deyil, həm də siyasi və strateji baxımdan böyük əhəmiyyət daşıyır. Bu layihə Türk dövlətləri arasında birliyin möhkəmlənməsinə töhfə verəcək.

💬 Şərh yazın