Tornadolar ABŞ-ın cənubunda 21 nəfərin ölümünə səbəb oldu

tornado

Tornadolar ABŞ-ın cənubunda 21 nəfərin ölümünə səbəb oldu

ABŞ-ın cənub ştatları MissuriKentukki-də baş verən kəskin hava şəraititornadolar nəticəsində böyük dağıntılar yaranıb, azı 21 nəfər həyatını itirib.

Az24saat.org "Musavat.com"a istinadla xəbər verir ki, Kentukki ştatında 14 nəfərin öldüyü bildirilir. Ştatın qubernatoru Endi Beşir hadisənin nəticələrinin daha da ağırlaşa biləcəyini qeyd edib:

“Təəssüf ki, daha çox məlumat əldə olunduqca bu rəqəmin artacağı gözlənilir”, – deyə qubernator bildirib.

Missuridə də ağır itkilər var

Missuri ştatında rəsmilər Sent-Luis dairəsində 5, Skott dairəsində isə 2 nəfərin həyatını itirdiyini açıqlayıblar. Tornadolar nəticəsində Sent-Luisdə 5000-dən çox evə ziyan dəyib.

Hazırda dağıntıların aradan qaldırılması və itkin düşənlərin axtarışı istiqamətində fövqəladə xidmətlər iş aparırlar. Səlahiyyətlilər əhalini ehtiyatlı olmağa və xəbərdarlıqlara riayət etməyə çağırır.

💬 Şərh yazın