Ünlü sənətçi
Sevcan Orhan, 28 iyun gecəsi Kıbrısın
Lefkoşa şəhərində verdiyi konsert zamanı səhnədə halı pisləşərək xəstəxanaya yerləşdirilib. İfa edərkən qəfildən narahatlıq hiss edən Orhana ilk müdaxiləni orkestr üzvləri edib.
Sevcan Orhan Səhnədə Narahatlanıb
Sənətçi təcili yardımla Lefkoşa Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasına aparılıb. Hadisədən sonra müğənninin ürək tutması keçirdiyi iddia edilsə də, qısa müddət sonra bu iddiaların əsassız olduğu açıqlanıb.
"Yaxşıyam, Hər Kəsə Təşəkkür Edirəm"
Məşhur sənətçi
Sevcan Orhan səhhəti ilə bağlı sosial media hesabından video-açıqlama yayıb. Sevdiklərini məlumatlandırmaq istəyən sənətçi, "Salamlar, yaxşıyam. Arayan, soran hər kəsə təşəkkür edirəm" deyib. Ünlü sənətçi bildirib ki, "Şənbə axşamı Kıbrısda təzyiq düşüklüyü səbəbindən
ürək ritm pozğunluğu yaşadım. Sadəcə yaxşı olduğumu bilməyiniz üçün bu videonu çəkdim." O, haqqında çıxan bəzi xəbərlərə görə incik olduğunu da dilə gətirərək, "Pərəstişkarlarıma səsimi çatdırmaq istədim. Yaxşı ki varsınız" sözləri ilə dəstək verən hər kəsə minnətdarlığını bildirib.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz