Trampdan Putinlə Görüş Öncesi Sərt Mesaj: "Pis Keçsə, Evə Gedərəm"
ABŞ prezidenti
Donald Tramp cümə axşamı səhər "Fox Radio"nun "The Brian Kilmeade Show" proqramında
Vladimir Putin ilə gözlənilən görüşü barədə danışıb. Trampın sözlərinə görə, o, Rusiyanın bir razılaşma əldə etməyə qərarlı olduğuna inanır: "Hazırda onun bir razılaşma etməyə qərarlı olduğuna inanıram. Bir razılaşma əldə edəcək. Məncə, edəcək. Və görəcəyik, bunu çox tez bir zamanda öyrənəcəyəm."
Gözləntilər və Şərtlər
Donald Tramp vacib bir şərt də əlavə edib: "Əgər görüş pis keçsə, heç kimə zəng etmərəm və evə gedərəm. Amma əgər yaxşı görüş olsa, Prezident Zelenski və Avropalı liderlərə zəng edəcəyəm." Rusiyaya iqtisadi təşviqlər təklif edib-etməyəcəyi barədə suala isə dəqiq cavab verməyib: "Demək istəmirəm, çünki kartlarımı açıq şəkildə ortaya qoymaq istəmirəm, lakin əlimdə nə varsa, yəni iqtisadi təşviqlər və bəlkə də çəkindirici tədbirlər daxil olmaqla, gündəmdə olacaq."
Görüşün Vaxtı və Yeri
Donald Tramp və
Vladimir Putin bu cümə, avqustun 15-i (sabah) Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında bir araya gələcəklər. Ağ Ev rəsmiləri görüşü "dinləmə məşqi" kimi qiymətləndirərək gözləntiləri aşağı salmağa çalışsalar da, Tramp görüşlə bağlı gözləntilərini yüksək tutdu. Tramp həmçinin hədəfinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüşə doğru irəliləmək olduğunu qeyd edərək, masada "üç fərqli məkan" olduğunu və bunlar arasında "Alyaskada qalma" ehtimalının da olduğunu bildirib.
Kreml tərəfindən verilən açıqlamada görüşün təkbətək, yalnız tərcüməçilərin iştirakı ilə keçiriləcəyi və cümə günü Alyaska vaxtı ilə 11:30 (GMT vaxtı ilə 19:30, Bakı vaxtı ilə 22:30) olacağı qeyd edilib. İnterfaksın məlumatına görə,
Vladimir Putin ilə
Donald Trampın görüşünə hazırlıqlar son mərhələyə daxil olub və proqram üzərində razılığa gəlinib. Məlumatı Rusya Prezidentinin köməkçisi Yuri Uşakov verib. Uşakov jurnalistlərə bildirib ki, Rusiya və ABŞ prezidentlərinin görüşünə hazırlıqlar son mərhələyə daxil olub. Uşakov, həmçinin Putin və özündən başqa, samitdə Rusiya tərəfindən Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Andrey Belousov, Maliyyə naziri Anton Siluanov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitrievin iştirak edəcəyini qeyd edib.
Alyaskanın Simvolik və Diplomatik Əhəmiyyəti
ABŞ prezidenti
Donald Tramp ilə Rusiya prezidenti
Vladimir Putinin 15 avqustda Alyaskada keçirəcəyi samit, iki ölkə əlaqələri baxımından güclü simvollar daşıyır. Alyaska 1867-ci ildə ABŞ tərəfindən Rusiyadan alınmışdı; bu tarixi əlaqə Rusiya millətçilərinin zaman-zaman "geri istəmə" çağırışları ilə gündəmə gəlir.
ABŞ-ın indiyə qədər Rusiyanı və
Vladimir Putini diplomatik olaraq təcrid etməsindən sonra, "Alyaskaya xoş gəlmisiniz" mesajı, Vaşinqtonun Moskvaya qapı açdığı mənasına gəlir. Görüşün ABŞ torpaqlarında keçirilməsi, güc balansı və diplomatik jest baxımından da diqqət çəkicidir. Rusiya tərəfinin ikinci bir samiti Moskvada keçirmək istəyi və Arktika bölgəsində əməkdaşlıq təklifləri, Alyaska görüşünün yalnız diplomatik deyil, geosiyasi və iqtisadi maraqlar baxımından da
strateji bir başlanğıc ola biləcəyini göstərir.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz