İdman 12.08.2025

Fənərbağça Duygunun arzusunu reallaşdırdı

Fənərbağça Duygunun arzusunu reallaşdırdı

Fənərbaxça azarkeşinin xatirəsi anıldı

Xərçəng xəstəliyinə yenik düşən Fənərbaxça azarkeşi Duyğu Özdin 21 iyul 2025-ci ildə dünyasını dəyişmişdi. Gənc yaşda vəfat edən Duyğunun xərçənglə mübarizəsi zamanı sosial mediada etdiyi paylaşım ürəkləri dağlamışdı. Fənərbaxça azarkeşi olan Duyğu, "Mən də xərçəngi yendiyimdə stadiondan şarlar uçurarıqmı?" qeydini paylaşmışdı.

Klubun vədə verdiyi an

Fənərbaxça Klubu da Duyğunun vəfatından sonra arzusunun yerinə yetiriləcəyini rəsmi hesabından bildirmişdi. Fənərbaxça Klubunun açıqlamasında "Bir gün sağalsam, Kadıköydə göyə şarlar uçsun demişdin… 1907 şar, ilk oyunda sənə verdiyimiz sözlə göyə yüksələcək. Duyğu Özdin, hər zaman qəlbimizdəsiniz" ifadələri yer almışdı.

Arzusu reallaşdı

Duyğu Özdinin istəyi Fənərbaxçanın Feyenoord ilə oynadığı UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu öncəsi həyata keçirildi. Qarşılaşma öncəsi 1907 şar göyə buraxıldı.

Klubun paylaşımı

Fənərbaxça Klubu, rəsmi sosial media hesabından mövzu ilə əlaqədar "Sözümüz var idi… Və bu gün; 1907 şar, Duyğu Özdinin xatirəsinə uçdu. Hər zaman qəlbimizdəsiniz" paylaşımını etdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz