Dünya 11.07.2025

Qəhrəmanmı, yayındırmamı? Tramp afişası ABŞ-ı qarışdırdı

Qəhrəmanmı, yayındırmamı? Tramp afişası ABŞ-ı qarışdırdı

ABŞ prezidenti Donald Trampın Supermen Şəkli İctimaiyyəti Qarışdırdı

ABŞ prezidenti Donald Trampın üzünün Supermenin bədəninə montaj edildiyi təsvir Ağ Evin rəsmi sosial media hesablarında yayımlanıb. Yeni Supermen filminin nümayişə başladığı gün paylaşılan bu görüntü təkcə ABŞ-da deyil, dünya ictimaiyyətində də geniş rezonans doğurdu.

"Həqiqət, Ədalət və Amerika Yolu"

The Guardian-da yer alan xəbərə görə, köksündə "Truth. Justice. The American Way" (Həqiqət, Ədalət və Amerika Yolu) yazısı olan klassik Supermen geyimində, cavanlaşdırılmış və əzələli bir Donald Tramp fiqurunun yer aldığı afişdə "A Trump Presidency" (Trampın Prezidentliyi) ifadəsi diqqət çəkib. Sözügedən paylaşım, Donald Trampın sosial mediada özünü əfsanəvi fiqurlarla eyniləşdirmə vərdişinin son nümunəsi oldu.

Daha əvvəl də Papa, İsa və Elvis Presli kimi fiqurlarla oxşar paylaşımlar edən Donald Trampın bu dəfə Amerika xalq qəhrəmanı olaraq qəbul edilən Supermenə büründürülməsi mübahisələri özü ilə gətirib. Tənqidçilər bu paylaşımı "siyasi təbliğatın mədəni sahəyə daşınması" kimi qiymətləndirərkən, bəzi şərhçilər isə bu təşəbbüsü Ağ Evin cəmiyyətdə diqqəti başqa bir istiqamətə çəkmək cəhdi olaraq xarakterizə edib.

"Supermen olsaydı, Epşteyn Dosyasını Açıqlayardı"

Sosial media istifadəçilərinin bir qismi bu təsvirlə edilən paylaşımın dərhal altında illərdir mübahisə mövzusu olan "Cefri Epşteynin müştəri siyahısı" ilə bağlı sualları yenidən gündəmə gətirib. Xüsusilə Donald Tramp administrasiyasının bu mövzuda şəffaf davranmadığını müdafiə edən istifadəçilər, "Supermen olsaydı, Epşteyn dosyasını açıqlayardı" şərhləri ilə etirazlarını bildiriblər.

ABŞ Ədliyyə Nazirliyinin bu yaxınlarda verdiyi "Epşteyn müştəri siyahısı deyilən bir şey yoxdur" açıqlaması həm müxalifəti, həm də MAGA (Make America Great Again) hərəkatını dəstəkləyən bəzi kəsimləri qəzəbləndirmişdi. Trampın Supermen olaraq təqdim edilməsinin bu müzakirələrlə eyni vaxta təsadüf etməsi diqqət çəkib.

Filmin Nümayiş Günü Paylaşıldı

Donald Trampın Supermen olaraq paylaşılması, yeni Supermen filminin nümayişə başladığı gün baş verib. Filmin rejissoru Ceyms Qannın "Supermen Amerikanın hekayəsidir; bir mühacirin bəşəriyyət üçün mübarizə aparmasıdır" sözləri mühafizəkar dairələrdə böyük etiraza səbəb olub. Fox News telekanalının aparıcısı Laura İnqraham "Bu filmi izləməyəcəyik" deyərək boykota çağırış edib.

Bilincli Zamanlama İdi?

Donald Tramp 2022-ci ildə özünü super qəhrəman kimi göstərən rəqəmsal kartlar da sataraq, 99 dollarlıq bu NFT-lərlə milyonlarla dollar gəlir əldə etmişdi. Mütəxəssislər Ağ Evin Supermen paylaşımının yeni filmlə eyni günə təsadüf etməsinin təsadüf olmadığını düşünürlər.

Siyasi analitiklərə görə, bu cür təsvirlər Donald Trampın dəstək bazası ilə emosional əlaqə qurma strategiyasına xidmət edir. Lakin təsvirin istehzalı şəkildə şərh edilməsi, kampaniyanın əks nəticə verdiyi şərhlərinə də səbəb olub.

"15 Yaşlı Uşaqmı İdarə Edir?"

Ağ Evin bu paylaşımına "15 yaşlı bir uşaqmı idarə edir bu hesabı?" kimi şərhlər yazılarkən, bəzi istifadəçilər də bu cür məzmunun ABŞ-ın beynəlxalq imicini zədələdiyini müdafiə ediblər. Bir X (keçmiş Twitter) istifadəçisi "Ağ Ev artıq sadəcə qarşılıqlı əlaqə toplamaq üçün bir hesaba çevrilib" ifadəsini işlədib.

sələfi

24 saat