Şou 07.08.2025

Sezen Aksudan illər sonra siyasi mesaj

Sezen Aksudan illər sonra siyasi mesaj
Sezen Aksu, menejeri Ayşe Barım, Beylikdüzü Bələdiyyə sədri Murat Çalık və digər ağır xəstə məhbusların vəziyyəti ilə bağlı ictimaiyyətə mesaj ünvanlayıb. Aksunun Facebook səhifəsində dərc olunan bəyanatında bildirilir ki, bu şəxslərin sağlamlıq vəziyyəti kritik həddədir. Müğənni, xüsusilə Ayşe BarımMurat Çalıkın həyati təhlükə altında olduğunu vurğulayaraq, onların vaxt itirilmədən həbsdən azad edilməsini və tibbi müalicə imkanlarının təmin olunmasını tələb edib. Aksu, dövlət vəzifəlilərinin legitimliyinin əsasının vətəndaşlara qarşı məsuliyyətlərini yerinə yetirməsində dayandığını qeyd edərək, Ayşe Barımın, Murat Çalıkın və bütün ağır xəstə məhbusların sağlamlığının dövlətin birbaşa öhdəliyi olduğunu xatırladıb.

AYŞE BARIM

Aktyorların menejeri olan Ayşe Barım, Gəzi Parkı etirazlarına təhrik etdiyi iddiaları ilə bağlı başlanan istintaq çərçivəsində yanvarın 24-də saxlanılıb və yanvarın 27-də həbs edilib. Barım barəsində “zorakılıq və şiddət tətbiq etməklə Türkiyə Respublikası hökumətini devirməyə və ya onun vəzifələrini qismən, yaxud tamamilə icra etməsinə mane olmağa cəhddə kömək etmə” ittihamı ilə 22 il 6 aydan 30 ilə qədər həbs cəzası tələb edilən ittiham aktı məhkəmə tərəfindən təsdiqlənib. Həbs olunmazdan əvvəl ürək çatışmazlığı səbəbindən əməliyyata hazırlaşan və əvvəllər beyin anevrizması əməliyyatı keçirən Ayşe Barım, cəzaçəkmə müəssisəsində yaşadığı sağlamlıq problemləri səbəbindən dəfələrlə huşunu itirib. Ayşe Barımın vəkillərinin mayın 20-də azadlığa buraxılması barədə müraciəti rədd edilib. Bu qərardan cəmi 15 gün sonra Barım yenidən huşunu itirib. Türk Həkimləri Birliyi (THB) Ayşe Barımın səhhətinin həbsxanada qalmağa uyğun olmadığını bəyan edərək, onun təcili sərbəst buraxılmasına çağırıb.

MURAT ÇALIK

Əvvəllər iki dəfə xərçəng müalicəsi alaraq bu xəstəliyi dəf etmiş Murat Çalık, həbsxanada 21 kiloqram çəki itirdikdən sonra limfoma şübhəsi ilə İzmir Katip Çələbi Universiteti Atatürk Tədris və Araşdırma Xəstəxanasında əməliyyat olunub. Sümük iliyi biopsiyası götürüldükdən sonra yenidən həbsxanaya qaytarılan Çalık, cəzaçəkmə müəssisəsində bir daha narahatlanıb. Məhkəmə Tibb Qurumunun yenidən qiymətləndirmə tələbi əsasında iyulun 18-də İzmir Şəhər Xəstəxanasının hematologiya şöbəsinə yerləşdirilib. Çalığa göndərildiyi Şəhər Xəstəxanasında təkrar sümük iliyi biopsiyası aparılıb. Həkimlərin müayinələrindən sonra Çalık yenidən Buca Həbsxanasına göndərilib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz