İtaliya Dünyanın Ən Uzun Asma Körpüsü Layihəsini Təsdiqlədi

İtaliya uzun müddət təxirə salınmış dünyanın ən uzun asma körpüsü planına yekun təsdiqini verib. Bu, anakıta ilə Siciliya adasını birləşdirəcək və Messina boğazı üzərindən keçəcək, dəyəri 13.5 milyard avro (15.5 milyard dollar) təşkil edəcək bir layihədir.
Nəqliyyat naziri Matteo Salvini çərşənbə günü əsas hökumət komitəsinin yolu açmasından sonra Messina körpüsünü "Qərbin ən böyük infrastruktur layihəsi" kimi qiymətləndirib. Onun sözlərinə görə, layihə illik 120 min yeni iş yeri yaradacaq və genişlənmiş infrastruktur sərmayələri vasitəsilə cənubi İtaliyanı canlandıracaq.
İtaliya Hesablama Məhkəməsindən “yaşıl işıq” yanarsa, ilkin işlərə oktyabr ayından başlanıla bilər, tikintinin isə 2026-cı ildə başlayacağı gözlənilir. Salvini körpünün 2033-cü ilə qədər tamamlanacağını təxmin edib.
3.3 kilometr uzunluğunda olan bu körpü Türkiyənin Çanaqqala körpüsünü geridə qoyacaq və altı zolaqlı avtomobil yolu, iki dəmir yolu xətti daşıyacaq. Bu, hazırkı 100 dəqiqəlik bərə keçidini avtomobillə cəmi 10 dəqiqəyə endirəcək.
Baş nazir Giorgia Meloni körpünün "qlobal əhəmiyyətli mühəndislik simvolu" olacağını bildirib.
İlk dəfə 1969-cu ildə təklif olunan Messina körpüsü layihəsi, ətraf mühitlə bağlı etirazlar, mafiya narahatlıqları və seysmik risklər səbəbindən dəfələrlə dayandırılıb. Dizayn Türkiyənin Çanaqqala tikilisindən ilhamlanıb, yüksək küləklərdə sabitliyi artırmaq üçün qanad formalı güvertəyə malikdir.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz