"Qırmızı şeytanlar"dan gözlənilməz qərar
İngiltərənin məşhur futbol klubu Manchester United, azarkeşlərini şoka salan bir qərara imza atıb. Klub rəhbərliyi, komandanın üç əfsanəvi oyunçusu - Cristiano Ronaldo, Eric Cantona və David Beckhamın adlarının formalara yazılmasına qadağa qoyub.
Səbəb imic hüquqlarıdır
Klubun ev oyunlarını keçirdiyi Old Trafford stadionundakı mağazada yer alan xəbərdarlıq yazısı sosial mediada yayılıb və bu qərarı üzə çıxarıb. Məlumata görə, "Qırmızı şeytanlar" bu addımı həmin oyunçuların imic hüquqlarına sahib olması ilə əlaqələndirib. Klub rəsmiləri, bu üç ulduzun adlarının və imiclərinin forma satışında istifadəsi üçün ayrıca razılıq tələb olunduğunu bildirib.
Klubun forma çapı siyasətini əks etdirən lövhədə "Lisenziya məhdudiyyətləri" səbəbindən Eric Cantona, David Beckham və Cristiano Ronaldonun adlarının formalara çap edilməsinin mümkün olmadığı qeyd olunub. Bu qərar, azarkeşlər arasında müxtəlif reaksiyalara səbəb olub. Bəziləri klubun bu addımını kommersiya maraqları ilə əlaqələndirərək tənqid edərkən, digərləri oyunçuların imic hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.
Klub rəhbərliyi qərarı təsdiqləyib
Manchester United rəhbərliyi tətbiq olunan bu qərarı təsdiqləyib və sözügedən lisenziya siyasətinin artıq bir neçə mövsümdür qüvvədə olduğunu açıqlayıb. Klub rəsmiləri, azarkeşlərin anlayışla qarşılayacağını ümid etdiklərini bildirib. Bu qərar, forma satışlarına necə təsir edəcəyi isə hələlik məlum deyil.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz