Gündəm 05.08.2025

Putinin sirr qızı səssizliyi pozdu, atasına qəzəb püskürdü

Putinin sirr qızı səssizliyi pozdu, atasına qəzəb püskürdü

Putin qızının səssizliyi pozuldu: Şəxsi həyatına dair şok açıqlamalar

Vladimir Putinin ən kiçik qızı olduğu iddia edilən Elizaveta Krivonogikh uzun sürən sükutunu pozdu. O, əvvəlcə sosial media platforması Instagrama qayıtdı, sonra isə Telegram üzərindən etdiyi paylaşımlarla gündəmə gəldi. Almaniyanın "Bild" qəzeti bu hadisəni "Ruh Qız Putinlə hesablaşdı: Telegram qrupunda maskasını çıxardı" başlığı ilə işıqlandıraraq, 22 yaşlı gənc qızın açıqlamalarını cəmiyyətə çatdırdı.

"Həyatımı məhv edən adam" ifadəsi

Elizaveta Krivonogikh paylaşımlarında Vladimir Putinin adını birbaşa çəkməsə də, hər sosial media istifadəçisi onun kimdən bəhs etdiyini asanlıqla başa düşür. Krivonogikh, "Milyonların həyatını əlindən alan, mənim də həyatımı məhv edən adam" ifadələrini işlədib. "Bild"in məlumatına görə, o, əlavə edib: "Dünyaya yenidən üzümü göstərə bilmək azadlıqdır. Bu mənə kim olduğumu və həyatımı kimin məhv etdiyini xatırladır."

"Vladimirovna (Vladimirin qızı)" kimliyi

3 mart 2003-cü ildə Sankt-Peterburqda doğulan Krivonogikhin Rusiya lideri ilə keçmişdə evində xidmətçi işləmiş Svetlana Krivonogikhin qızı olduğu güman edilir. "Dailymail"in məlumatına əsasən, bu iddialar ilk dəfə 2020-ci ildə Kremlə müxalif olan araşdırmaçı jurnalistika layihəsi "Proekt" tərəfindən irəli sürülüb. Ana Krivonogikhin bu iddialardan sonra külli miqdarda pulla susdurulduğu bildirilir. Lakin gənc qızın şəxsiyyət vəsiqəsində "Vladimirovna (Vladimirin qızı)" adının qeyd olunması diqqət çəkən əsas məqamdır.

Müharibənin təsiri və itən həyat tərzi

Rusiyanın Ukraynanı işğalından əvvəl Krivonogikh şəxsi təyyarələrlə ölkə daxilində səyahət edir, ən bahalı yerlərdən geyinir, özəl dizaynerlərlə əməkdaşlıq edirdi. Lakin müharibənin başlaması ilə onun Instagram hesabı sosial şəbəkələrdən silindi və özü də ortadan itdi. Daha sonra Fransada peyda oldu və 2024-cü ildə ICART Mədəniyyət və İncəsənət İdarəetmə Məktəbindən məzun oldu. Rusiyadan ayrılmazdan qısa müddət əvvəl Instagram hesabındakı son paylaşımında "Canım Sankt-Peterburqumda son bir gəzinti edə bilmirəm. Ən sevdiyim yerləri və məkanları ziyarət edə bilmirəm" cümləsini yazmışdı.

Sosial mediaya dönüş və kəskin dəyişiklik

Sosyal mediaya yenidən qayıtdıqdan sonra isə gənc qız Ukraynadakı müharibəni açıq şəkildə tənqid etməyə başladı, həmçinin lüks istehlakı da qınayan ifadələr işlətdi. Hətta onun Fransadakı iki qalereyada müharibə əleyhinə sərgilərin təşkilatçılığını öz üzərinə götürdüyü və videolar hazırladığı iddia edilir. Vladimir Putinin yaxın çevrəsindən mərhum Oleq Rudnovun adına istinadən Elizaveta Rudnova adını alaraq, beləcə əsl kimliyini gizlətməyə çalışdığı da iddialar arasındadır. Digər tərəfdən, Putinin keçmiş gimnast və Olimpiya çempionu Alina Kabayeva ilə 10 və 6 yaşında iki gizli oğlunun olduğu da iddia edilir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz