Dünya 07.08.2025

Rusiya SVR-in Flaş İddiası: ABŞ-Britaniya Zelenskiyə əvəzedici üçün Alpda görüşdü

Rusiya SVR-in Flaş İddiası: ABŞ-Britaniya Zelenskiyə əvəzedici üçün Alpda görüşdü

Rusiya kəşfiyyatı: ABŞ və Böyük Britaniya Alp dağlarında Zelenskiyə alternativ axtarıb

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Ukrayna prezidenti Zelenskini əvəz etmək üçün gizli görüş keçirdiyini iddia edib. Rusiya mediası Prezident Ofisinin rəhbəri Andrey Yermak, hərbi kəşfiyyat rəisi Kiril Budanov və Ukraynanın Böyük Britaniyadakı hazırkı səfiri, keçmiş baş komandan Valeri Zalujnıdan ibarət “üçlüyün” ABŞ və Böyük Britaniya ilə görüşərək Volodimir Zelenskinin yerinə Zalujnını Ukrayna prezidenti etməyi planlaşdırdığını iddia edib. İddialara görə, bu şəxslər bu yaxınlarda Alp dağlarında, hansısa kurortda “gizli” görüş keçiriblər. SVR mənbələri Ukrayna rəhbərliyinin dəyişdirilməsinin Qərblə əlaqələri “sıfırlamaq” və Ukrayna iqtisadiyyatına Qərb investisiyalarının davamlılığını təmin etmək üçün zəruri olduğunu iddia edirlər. Krım mərkəzli İngilisdilli “SouthFront Press” nəşrinin saytı bu təşəbbüsün daxili etirazlara və Qərbin reaksiyasına səbəb olduğunu, bunun da Zelenskini geri addım atmağa məcbur etdiyini və “Zelenskinin yaxın çevrəsində çaxnaşma, yenidən seçilmək şansının azalması və Zalujnının çağırışından qorxu əlamətləri” olduğunu qeyd edib.

Valeri Zalujnı kimdir?

İddialara görə, Zelenskinin yerinə keçəcəyi düşünülən Valeri Zalujnı Ukraynalı dördulduzlu general və diplomatdır. O, 27 iyul 2021-ci ildən 8 fevral 2024-cü ilə qədər Ukrayna Silahlı Qüvvələri Baş Komandanı kimi xidmət edib. Hazırda Ukraynanın Böyük Britaniyadakı səfiridir. Zalujnı hərbi karyerasında manqa komandiri postundan batalyon komandirliyinə qədər müxtəlif vəzifələrdə çalışıb. O, 2014-cü ildə İvan Çernyaxovski adına Milli Müdafiə Universitetini, 2020-ci ildə isə Ostroh Akademiyasını beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. “Time” jurnalı tərəfindən 2022-ci ildə dünyanın ən nüfuzlu 100 şəxsindən biri seçilib. Evli və iki qızı olan Zalujnının böyük qızı orduda xidmət edir, kiçik qızı isə tibb təhsili alır.

Ukrayna kəşfiyyatından cavab

Ukraynanın “Kyiv Post” nəşrinin verdiyi xəbərə görə, çərşənbə axşamı Ukrayna Baş Kəşfiyyat İdarəsi (HUR) öz Teleqram kanalında görüşün baş tutması və ya Kiyevin Qərb müttəfiqləri ilə hər hansı bir sui-qəsd iddialarını rədd edib. HUR SVR-nin hesabatının hər bir aspektinin saxta olduğunu və Ukrayna rəhbərliyini zəiflətməyə yönəlmiş açıq psixoloji-informasiya əməliyyatı olduğunu bildirib. HUR iddianın “Rusiya xarici kəşfiyyat xidməti tərəfindən hazırlanmış olduğunu” ifadə edərək, bunun ölkədə gərginlik yaratmağı, rəhbərliyə olan inamı sarsıtmağı, diqqəti müharibədən seçkilərə çəkməyi, fikir ayrılıqlarını təhrik etməyi və dövlətin Rusiyanın tammiqyaslı işğalına müqavimət göstərmək qabiliyyətini azaltmağı hədəflədiyini qeyd edib. HUR-un paylaşımında Ukrayna vətəndaşlarını “sağlam məlumat” mövzusunda diqqətli olmağa çağırıb.

Rusiya jurnalisti: “Xəyanət zənciri”

“Pravda” qəzetinin verdiyi məlumata görə, rusiyalı jurnalist Vadim Avva sızdırılan kəşfiyyat məlumatlarının Ukraynanın siyasi elitası və Qərb müttəfiqləri arasında fikir ayrılıqları yaradacağını şərh edib. O, Zelenskinin Zalujnı ilə əvəz olunacağı barədə xəbərlərin doğruluğuna şübhə etmək üçün heç bir əsas olmadığını bildirib. Avva “Müasir Ukrayna rəhbərliyinin bütün tarixi siyasətçilərin davamlı xəyanət zənciridir” ifadələrindən istifadə edib. Avva sızdırılan məlumatları “əla xəbər” adlandırıb və “Zalujnı bu rola mükəmməl uyğun gəlir” deyib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz