İdman 08.08.2025

Super Liqa klubları bahalaşmada Avropanı geridə qoydu

Super Liqa klubları bahalaşmada Avropanı geridə qoydu
Fənərbaxça və Qalatasaray Avropanın ən bahalı mövsümlük biletlərinə sahibdir

Mövsümlük bilet yarışında Fənərbaxça və Qalatasaray öndədir

Türkiyə Super Liqasında 2025-2026 mövsümü öncəsi klublar mövsümlük biletləri satışa çıxarıb. Fənərbaxça və Qalatasaray ən bahalı mövsümlük bilet qiymətlərində Avropanın bütün klublarını geridə qoyub.

Fənərbaxçada marafon alt E blok və Fənərbaxça mağazası alt E blok, 455 min lirəlik qiymətləri ilə son 2 mövsümdə olduğu kimi, bu mövsümdə də ən bahalı mövqedədir. Sarı-lacivərdli klub, bu mövsüm üçün ən bahalı mövsümlük bilet qiymətini 455 min lirə olaraq müəyyənləşdirərək bu rəqəmlə Avropanın ən bahalı mövsümlük bilet qiymətinə sahib olub. Fənərbaxçada marafon alt E blok və Fənərbaxça mağazası alt E blok biletləri bu mövsüm 130 min lirə bahalaşaraq 455 min lirədən satılıb.

Qalatasaray mövsümlük bilet qiymətləri ilə ikinci yerdədir

Qalatasarayın ən bahalı mövsümlük bilet qiyməti isə 180 min lirə olub. Beləliklə, sarı-qırmızılar Fənərbaxçadan sonra Avropada ikinci yerdə qərarlaşıb. Fənərbaxça və Qalatasarayı ən bahalı mövsümlük bilet qiymətində Avropanın 5 böyük liqasındakı klublardan Milan, İnter, Tottenhem kimi klublar izləyir.

Beşiktaşın mövsümlük ən bahalı mövsümlük bilet qiyməti, Arsenal ilə eyni şəkildə 115 min lirə olarkən, Yuventus və Real Madrid ilə də oxşar səviyyədədir.

Trabzonsporun ən bahalı mövsümlük bilet qiyməti (90 min lirə) isə Mançester Siti (87 min lirə), PSJ (63 min lirə) və Barselonadan (39 min lirə) daha çoxdur.

"Böyük Altılıq" geridə qaldı

İngiltərə Premyer Liqasının "Böyük Altılıq" olaraq adlandırılan nəhəng klubları Arsenal, Çelsi, Liverpul, Mançester Siti, Mançester Yunayted və Tottenhemin ən bahalı mövsümlük bilet qiymətləri belə Fənərbaxça və Qalatasaraydan aşağıdır.

Fənərbaxçada bu mövsüm 130 min lirə bahalaşaraq 455 min lirəyə çıxan klubun ən bahalı mövsümlük bilet qiyməti, "Böyük Altılıq"ın mövsümlük ən bahalı mövsümlük bilet qiymətlərindən daha yüksəkdir. UEFA Çempionlar Liqası çempionu Fransa təmsilçisi PSJ-nin bu mövsümki ən bahalı mövsümlük bilet qiyməti, Fənərbaxçadan 7, Qalatasaraydan isə 3 dəfə daha ucuzdur.

Avropada seçilən klublarından Real Madrid, Barselona, Yuventus və İnterin ən ucuz mövsümlük bilet qiyməti isə 14-15 min lirəyə bərabərkən, Qalatasarayda ən ucuz mövsümlük bilet 24 min lirə, Fənərbaxçada isə tələbə bileti xaricində 20 min 500 lirə ilə daha yüksək səviyyədədir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz