Şou 23.07.2025

Hazal Kaya tətil sonrası imicini yenilədi

Hazal Kaya tətil sonrası imicini yenilədi

Hazal Kaya imicində gözlənilməz dəyişiklik etdi

Türkiyənin tanınmış aktrisası Hazal Kaya görünüşündə radikal dəyişiklik edərək pərəstişkarlarını təəccübləndirdi. "Genco", "Aşk-ı Memnu", "Adını Feriha Koydum", "Bizim Hikaye" və "Pera Palas'ta Gece Yarısı" kimi sevilən ekran layihələrində canlandırdığı obrazlarla yadda qalan 34 yaşlı sənətçi uzun müddətdən sonra fərqli bir üslubla qarşımıza çıxdı. Aktrisa bu dəyişikliyi tətil zamanı reallaşdırıb.

"Sarışınlar daha çox əylənir dedilər, görəcəyik" – Hazal Kaya

Ailəsi ilə birlikdə Çeşmədə istirahət edən Hazal Kaya, saçlarını sarı rəngə boyatmaqla özünə tamamilə fərqli bir aura qazandırıb. Aktrisa, bu yeni imajı ilə bağlı sosial media hesabında foto paylaşaraq, "Sarışınlar daha çox əylənir dedilər, görəcəyik" sözlərini əlavə edib. Hazal Kaynın yeni saç rəngi və cəsarətli addımı qısa zamanda minlərlə bəyənmə və çoxsaylı rəy toplayaraq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz